ABŞ dövlət katibi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşü başlayıb.
AzerTimes xəbər verir ki, Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, A.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.