ABŞ-ın Ayova ştatında tornado 6 nəfərin ölümünə səbəb olub.
AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi
məlumata görə, ölənlərdən 4-ü uşaqdır.
Meddison dairəsinin Fövqəladə Fallar İdarəsi tornado nəticəsində
daha 4 nəfərin xəsarət aldığını bildirib.
Eyni zamanda tornado onlarla evə, elektrik xətlərinə, ağaclara
ciddi ziyan dəyib.