ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.
AzerTimes-ın məlumatına görə, bu barədə şəhərin polis idarəsinin “Twitter” səhifəsində deyilir.
Məlumata əsasən, naməlum şəxs ticarət mərkəzində odlu silahdan atış açıb. İnsident nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisədən sonra bir nəfərin polislər tərəfindən saxlanıldığı deyilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.