ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) göyərtəsində 21 nəfər olan təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “ABC” teleşirkətinin yerli şöbəsi xəbər verib.

Bildirilir ki, təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.