ABŞ-da təyyarə qəzasında iki nəfər ölüb

ABŞ-ın Santi şəhərində (Kaliforniya ştatl) iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ən azı iki nəfər ölüb, bir neçə evə ziyan dəyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.

Santi şəhərinin Yanğından Mühafizə Xidmətinin rəis müavini Castin Matsuşita qeyd edib ki, ən azı iki nəfərin ölməsi təsdiqlənib.


O əlavə edib ki, qəzaya uğrayan “Cessna 340A” təyyarəsində neçə nəfərin olduğu bəlli deyil: “Təyyarədə olanların aldıqları xəsarətlərin həyatla uyğun olmadığını hesab edirik”.