ABŞ-da təyyarə qatarla toqquşub

ABŞ-ın Los-Anceles şəhərində təyyarə qatarla toqquşub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə dəmiryolu reslərinin üzərinə qəza enişi edib. Bu zaman yaxınlaşan qatar onunla toqquşub.

Xoşbəxtlikdən, qatarla toqquşmaya qədər xilasedicilər təyyarənin pilotunu təxliyyə edə biliblər. O yüngül xəsarətlər alıb.


Qatarın sərnişinlərindən xəsarət alan olmayıb.

Teqlər: