ABŞ-da “Tesla” avtomobillərinə maraq iki dəfəyədək artıb

ABŞ-da “Tesla” elektrik avtomobillərinə maraq artıb.

Trend xarici KİV-ə istinaən xəbər verir ki, ölkənin bəzi
regionlarında elektromobillərə tələbat 100 faiz artıb.

ABŞ-ın Rusiyadan neft idxalına qarşı sanksiyaları enerji
daşıyıcılarının qiymətlərində görünməmiş artıma səbəb olub. Belə
ki, martın 14-ə benzinin bir qallonunun qiyməti (tıxmini 3,8 litr)
ştatdan asılı olaraq 4-5 dollara çatır. Keçən ilin göstəriciləri
hazırki qiymətlərdən 1-1,5 dollar aşağı olub.

Qiymət artımı fonunda ABŞ sakinləri diqqətlərini elektrik
mühərriki ilə təchiz edilmiş “Tesla” avtomobillərinə salmalı
olublar.

Bununla belə, analitiklərin bildirdiyinə görə, “Tesla”-nın
sifarişlərinin qəfil artması tədarük artımını şərtləndirməyəcək,
çünki istehsalçı cari sifarişlərin öhdəsindən belə gələ bilmir.