ABŞ-da baş verən qar fırtınası nəticəsində azı 15 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, ölüm hadisələri Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında kəskin hava şəraiti nəticəsində baş verən yol qəzaları nəticəsində qeydə alınıb.
Bundan əlavə, sinoptiklər bazar gününə qədər ştatların ərazilərində güclü leysan olacağı ilə bağlı xəbərdarlıq ediblər.