Kubizmin banisi Pablo Pikassonun (1881-1973) əsərləri bazar günü Nevada ştatının Las-Veqas şəhərində 108,9 milyon dollara satılmışdır.
AzerTimes-ın məlumatına görə, bu barədə hərracın təşkilatçıları Sotheby’s evindən məlumat veriblər.
Hərraca bir müddət əvvəl Bellagio otelindəki Pikasso restoranında nümayiş etdirilən 11 əsər təqdim olunub.
Ən bahalı lot model Maria-Tereza Valterin təsvir olunduğu “Qırmızı-narıncı beretli qadın” (Femme au beret rouge-orange, 1938) əsəri olub. 30 milyon dollar qiymətindı dəyərləndirilən portret 40.479 milyon dollara satılıb.