Yanvarın 15-də ABŞ-ın Texas ştatında sinaqoqunda girov götürən şəxs Böyük Britaniya vətəndaşıdır.
AzerTimes-ın məlumatına görə, bu barədə “Axios” portalı FTB-nin açıqlamasına istinadən bildirib.
Bildirilib ki, girov götürən şəxsin Malik Feysal Əkrəmdir, onun 44 yaşı var.
Qeyd edək ki, Texasın Kollivill şəhərində bir nəfər yerli sinaqoqda üç kilsə üzvü və bir ravvini girov götürüb. Girovlar azad edilib, onlardan heç biri xəsarət almayıb. Hücum zamanı həmin şəxs zərərsizləşdirilib.