ABŞ hökuməti Şimali Koreyanın 4 qurumuna və bir fərdi şəxsinə ölkənin nüvə silahı proqramının inkişafı üçün qanunsuz kiber fəaliyyətə görə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
AzerTimes xəbər verir ki, ABŞ-ın Xəzinə Departamenti həmin qurumları və şəxsi qara siyahıya daxil edilib.
Sanksiya tətbiq olunan qurumlar Baş Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan Pxenyan Avtomatlaşdırma Universiteti, idarənin nəzarətində olan texniki kəşfiyyat bürosu və onun kiber bölməsi, Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkətidir.
Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya da Şimali Koreyanın 3 təşkilatına və 7 fərdi şəxsinə qanunsuz kiber fəaliyyətlə əlaqədar sanksiyalar tətbiq etdiyini açıqlamışdı.