ABŞ-da səsvermə: Tiktok qadağan olunur…

ABŞ-da səsvermə: Tiktok qadağan olunur…

ABŞ-da Tiktok sosial şəbəkəsi qadağan olunur.

AzerTimes xəbər verir ki, bunun üçün qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulub.

Səsvermədə qanun layihəsinin lehinə 352 deputat səs verib, yalnız 65 deputat bunun əleyhinə çıxıb.

Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi “ByteDance” şirkətindən Tiktokun ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir. Əgər şirkət satmasa, platforma ABŞ-da qadağan ediləcək.

Qanun layihəsinin Prezident Co Baydenə təqdim olunacağı gözlənilir.

Teqlər: