ABŞ-da sərnişin təyyarəsi sərt eniş edib, xəsarət alanlar var

ABŞ-ın Provinstaun şəhərində (Massaçusets ştatı) “Cape Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi sərt eniş edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Aleks Morze özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, insident nəticəsində 7 nəfər xəsarət alıb: “Cape Air” şirkətinə məxsus altı sərnişini daşıyan təyyarə hava şəraitinin yaratdığı çətinliyə görə sərt eniş edib. Xoşbəxtlikdən ölən olmayıb, 6 sərnişin və pilot xəstəxanaya çatdırılıb”.


Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.