ABŞ Konqresinin yuxarı palatasında partiya çoxluğunu kimin alacağını müəyyən edəcək seçkinin yekun nəticələri yalnız dekabrda məlum olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
“Bu proses ABŞ-ın Corciya ştatında səsvermənin ikinci turunun keçirilməsi zərurəti ilə əlaqədar gecikəcək. Səslərin 99%-dən çoxunun hesablanmasından sonra Rafael Uornok keçmiş prezident Donald Tramp tərəfindən dəstəklənən keçmiş futbol ulduzu Herşel Uokeri az fərqlə qabaqlayır. Heç bir namizəd səslərin mütləq əksəriyyətini qazana bilməyib. Uornok lider olsa da, ilk raundda qalib gəlmək üçün 50% səs qazana bilməyib”, – məlumatda deyilib.