Florida qubernatoru Ron DeSantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə DeSantis X sosial şəbəkəsində yazıb.
“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, bunu edərdim. Qələbəyə aparan aydın yolumuz yoxdursa, insanlardan vaxt və resurslarını bizə sərf etmələrini xahiş edə bilmərəm. . Bu gün mən seçki kampaniyamın dayandırıldığını elan edirəm”, – DeSantis bildirib.
DeSantis həmçinin ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Trampı dəstəklədiyini açıqlayıb.