ABŞ-da şatdaunla bağlı səsvermə yenə uğursuz oldu

ABŞ-da şatdaunla bağlı səsvermə yenə uğursuz oldu

ABŞ Senatında şatdaunu dayandırmaq üçün respublikaçılar və demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub.

AzerTimes xəbər verir ki, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb. Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib.


ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.

Teqlər: