ABŞ da Rusiyanı terrorçu dövlət kimi tanıyacaq

ABŞ da Rusiyanı terrorçu dövlət kimi tanıyacaq

ABŞ prezident administrasiyası Konqreslə Rusiyanın terrorçu dövlət kimi tanınmasına imkan verən qanun layihəsinin forması üzərində işləyir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Lazım gələrsə, təzyiqi artırmaq üçün görə biləcəyimiz müxtəlif tədbirləri daim nəzərdən keçiririk”, – o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Rusiyanı terrorizmin himayədarı kimi tanımağı hələlik faydalı hesab etədiyini açıqlamışdı. Noyabrın 23-də isə Avropa Parlamenti səsvermə zamanı Rusiyanı terrorizmin himayədarı olan dövlət kimi tanıyan qətnaməni dəstəkləyib. Noyabrın 21-də NATO Parlament Assambleyası Rusiyanı və onun rejimini terrorçu dövlət kimi tanıyıb.

Teqlər: