Vaşinqtonda İsrailin Qəzzadakı hərbi kampaniyasına qarşı aksiya keçirən şəxslər Konqres binasına daxil olublar.
AzerTimes xəbər verir ki, bu barədə Kapitoli polisi məlumat yayıb.
Onlardan bir neçəsinin saxlanıldığı, üç nəfərin isə polisə müqavimətdə ittiham edildiyi bildirilib.
Polis Nümayəndələr Palatasının foyesində həbslərin davam etdiyini vurğulayıb:
“Biz etirazçılara xəbərdarlıq etdik ki, aksiyanı dayandırsınlar, əməl etməyəndə onları həbs etməyə başladıq”.