Rusiya yanacaq böhranı üzərində qurduğu oyunla ABŞ və Avropanın ona qarşı birləşən cəbhəsini dağıtmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters”in hazırladığı materialda bildirilib.
Məlumata görə, Amerikanın “Freeport LNG” zavodunda baş verən partlayışdan sonra Vaşinqton Avropaya maye qaz ixracının həcmini 18% azaltmağa məcbur olub. Rusiya isə baş verən partlayışdan məharətlə istifadə edib. Belə ki, “Qazprom” Almaniyaya Şimal axını-1 qaz kəməri ilə tədarükü 40%-ə qədər azaldıb. Bu da qış üçün anbarların doldurulması ilə bağlı narahatlıqlara səbəb olub. Sözügedən hadisələrin fonunda Avropada qaz sürətlə bahalaşıb. Bu gün səhər saatlarında Niderlandda qazın topdansatış qiymətləri 25% artıb.
Qeyd olunur ki, Rusiya tədarükün azalmasını Kanadada təmir edilən “Siemens Energy” avadanlığının gecikməsi ilə əlaqələndirib. Almaniyanın enerji tənzimləyicisi isə bu izahatı qəti şəkildə rədd edib və bunu bəhanə adlandırıb.