ABŞ-da qəza ilə bağlı helikopterlərin uçuşları barədə qərar

ABŞ-da qəza ilə bağlı helikopterlərin uçuşları barədə qərar

ABŞ-da təyyarə ilə sərnişin təyyarəsinin toqquşmasından sonra Reyqan Milli Hava Limanı yaxınlığında helikopter uçuşları qeyri-müəyyən müddətə məhdudlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Federal Mülki Aviasiya Administrasiyası qərar qəbul edib.

Qeyd olunub ki, indi əksər helikopterlərin hava limanı yaxınlığında iki marşrut üzrə uçuşu qadağan edilib. Yalnız hava limanı və yaxınlıqdakı körpülər arasında uçmasına icazə verilən polis və tibbi helikopterlərə istisna tətbiq edilir.

Qeyd edək ki, yanvarın 30-da Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi və hərbi helikopter toqquşub. Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə 3 hərbçinin olduğu bildirilir.

Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.

Teqlər: