ABŞ konqresmenləri Konqres rəhbərliyinə Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağa və Qarabağ “qaçqınlarına” yardıma çağırış ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı senator Aleks Padilla və Nümayəndələr Palatasının üzvü Anna Eşunun məktubuna istinadən məlumat yayıb.
Konqresmenlər qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşdığı üçün xüsusilə həssas vəziyyətə düşüb.
Məlumata görə, çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının 60 üzvü qoşulub.