ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq”, – Miller qeyd edib.