ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı atışma nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, hadisə təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.
İnsidentin səbəbi hələlik açıqlanmayıb.
Polis müfəttişi bildirib ki, atəş açan bir neçə nəfər ola bilər.