ABŞ-da qadın haqları pozulur, narahatıq – İran

ABŞ-da qadın haqları pozulur, narahatıq – İran

Amerikada qadınların hüquqlarının kobud şəkildə pozulmasına görə narahatıq.

AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisinin qadınlar üzrə müavini Ənisə Xəzəli yerli mediaya müsahibəsində deyib.

O, qadınların hüquqlarını pozan dövlətlər siyahısında Amerikanın birinci yerdə dayandığını iddia edib.

Xəzəli, həmçinin, Amerikanın İranda qadın hüquqlarının pozulması ilə bağlı bəyanatlarını “böhtan” adlandırıb.

Qeyd edək ki, Xəzəlinin bundan əvvəl azyaşlı qız uşaqlarının evləndirilməsinin faydaları barədəki çıxışları iranlı qadınların istehzası və etirazına səbəb olub.

Teqlər: