ABŞ-ın Çikaqo şəhərində keçirilən Demokratlar Partiyasının Milli Qurultayının ilk günüdə mitinq zamanı 13 nəfər həbs olunub.
AzerTimes xəbər verir ki, ümumilikdə dinc keçən aksiya zamanı bəzi şəxslər polisin əmrinə tabe olmayıb, polis əməkdaşlarına su qabları atıblar. Polis aksiyada 3500-dək şəxsin iştirak etdiyini açıqlayıb. Aksiyaların həftə boyu davam etməsi gözlənilir.
Qeyd edək ki, avqustun 19-22-də Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayı keçirilir.