ABŞ-da partlayış nəticəsində yaşayış binası çöküb

ABŞ-ın De-Kalb dairəsində (Corciya ştatı)yaşayış binasında partlayış baş verib.

AzerTimes-ın “WSB-TV 2” telekanlına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi çöküb və bir neçə nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Məlumata əsasən, insident yerli vaxtla təxminən saat 13:24-də (Bakı vaxtı ilə 21:24) baş verib. Hadisə yerinə gələn xilasedicilər binanın sakinlərini təxliyə ediblər.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, partlayışa səbəb qaz boru kəməri sistemindəki nasazlıq olub.