ABŞ-da “omikron” ştammına ilk yoluxma halı aşkarlanıb

ABŞ-da koronavirusun yeni “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, ilk yoluxma halı ölkənin Kalifroniya ştatında aşkarlanıb. Yoluxan şəxs noyabrın 22-də Cənubi Afrika Respublikasından qayıdıb.

Bildirilir ki, “omikron” ştammının aşkarlandığı şəxs koronavirusa qarşı tam peyvənd olunub və hazırda karantinə yerləşdirilib.


Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.