ABŞ-da koronavirusun “omikron” variantına yoluxmada pik yanvarın sonunda müşahidə olunacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru, doktor Entoni Fauci bildirib.
Son zamanlar ABŞ-da COVID-19-a yoluxma hallarının sayında artım sürətlənib: bu həftə orta hesabla həftədə xəstəliklərin sayı 280 min, keçən həftə isə 150 min olub. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, ABŞ əhalisinin 61,9%-i koronavirusa qarşı tam peyvənd olunub.
ABŞ həm pandemiya zamanı aşkar edilən COVID-19-a yoluxma hallarının ümumi sayına, həm də koronavirusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.