ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatında qeyd olunur ki, ölkədə kommersiya neft ehtiyatları 5,5 milyon barrel azalıb.
AzerTimes xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunur ki, ekspertlər daha öncədən 3,73 milyon barrel azalma proqnozlaşdırırdı:
“Benzin ehtiyatları 10,9 milyon barrel, distillatlar isə 10,09 milyon barrel artıb. Nyu York əmtəə birjasında ticarət edilən neftin saxlandığı “Cushing” terminalında ehtiyatlar keçən həftə 706 min barrel artıb”.