ABŞ-ın strateji neft ehtiyatları 434,1 milyon barelə qədər azalıb. Bu isə ölkədə 1984-cü ildən bəri ən aşağı göstəricidir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-da neft ehtiyatları son bir həftə ərzində 8,4 milyon barel azalıb.