ABŞ-ın Noksvil şəhərində (Tennessi ştatı) naməlum şəxs məktəb ərazisində atışma törədib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yaralananların dəqiq sayı göstərilmir, lakin aralarında bir polisin olduğu bildirilir.
Atışma yerində hüquq-mühafizə və fövqəladə xidmətin əməkdaşları araşdırma aparır.