ABŞ-ın Qida məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin (FDA) Məsləhət qrupu səs çoxluğu ilə Amerikanın “Merck” şirkəti dərmanının koronavirusun ağır keçirilmə riski yüksək olan böyüklərə COVID-19-a qarşı istifadəsinə icazə verilməsi tövsiyə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “The Hill” qəzeti xəbər verib.
Məlumata əsasən, sesvərmə zamanı molnupiravir dərmanının istifadəsi lehinə 13 və əleyhinə 10 səs verilib.
Bununla belə, İdarə məsləhət qrupunun tövsiyələrinə əməl edib-etməmək barədə qərar verməlidi.
“Merck” şirkətinin nümayəndəsi, həmçinin FDA-ya bildirib ki, şirkət molnupiraviri COVID-19-un yeni “omikron” ştamına qarşı sınaqdan keçirməyib, lakin həbin bu varianta qarşı təsirli qalacağını gözləyir.