ABŞ-da milyarderin nəvəsini qaçırdılar

ABŞ-da milyarderin nəvəsini qaçırdılar

ABŞ-ın Memfis şəhərində “Orgill İnc” şirkətinin rəhbəri, milyarder Cozef Orgillin nəvəsi 34 yaşlı Eliza Fletçer sentyabrın 2-də qaçırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Məlumata görə, qız yerli vaxtla saat 04:20-də qaçırılıb. Onu tünd rəngli avtomobilə mindirərək, naməlum istiqamətdə aparıblar.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Fletçer ailəsi qızın yeri ilə bağlı hər hansı məlumat verən şəxsə 50 min dollar mükafat vəd verib.

Teqlər: