ABŞ-da “meymun çiçəyi” xəstəliyinə daha 4 yoluxma halı qeydə
alınıb.
Trend xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Federal
Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin Patogenlər və
Patologiyalar Departamentinin direktor müavini Cennifer Makkuiston
deyib.
“Massaçusetsdə təsdiqlənmiş bir “meymun çiçəyinə” yoluxma halına
əlavə olaraq, daha dörd yoluxma halı qeydə alınıb”, – deyə
C.Makkuiston bildirib.
Onun sözlərinə görə, yeni yoluxma halları Nyu-York, Florida və
Yuta ştatlarında qeydə alınıb.