ABŞ-da meşə yanğınları səbəbindən minlərlə insan təxliyə ediləcək

ABŞ-ın Kolorado ştatında sürətlə yayılan meşə yanğını səbəbindən
ən azı 19 min insan məcburi təxliyə əmri alıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “NBC News” telekanalı xəbər verib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qeyd olunub ki, lakin yanğın ABŞ-ın Boulder şəhərindəki Milli
Atmosfer Tədqiqatları Mərkəzinin Mesa Laboratoriyasının binasına
yaxınlaşır.

Boulder Yanğın və Xilasetmə Xidmətinin mətbuat katibi Mariya
Uoşbern bildirib ki, bundan əvvəl yanğının sürətlə yayılmasına
şərait yaradan isti hava və güclü külək daha əlverişli hava şəraiti
ilə əvəz olunub.