Rusiya qüvvələri Ukrayna ordusundan ən azı 5 dəfə çox artilleriya mərmisi atmaq imkanına malikdir.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Pyotr Çernik bildirib.
O vurğulayıb ki, Rusiya istehsal olunan mərmilərin sayına görə həmişə lider olub.
Qeyd olunur ki, 2022-ci ilin fevralına olan məlumata görə, Rusiyanın arsenalında 15-20 milyon 152 və 121 çaplı mərmi olub. Həmin an ABŞ-da cəmi 2,5 milyon 152 kalibrli sursat var idi:
“Ukraynanın tammiqyaslı işğalının başlanğıcında belə Rusiyada istehsal olunan mərmilərin sayı ayda 125-130 min ədəd qiymətləndirilirdi. ABŞ-da bu rəqəm 15 minə çətinliklə çatırdı. Amerika yalnız keçən payızda 50 min mərmiyə çatdı və 80 mini, bəlkə də 2024-cü ilin payızında istehsal edə biləcək.
Biz başa düşürük ki, bu, böyük potensialdır. Üstəlik, ruslar partlayıcı maddələrin və dəmirin özünün istehsalını 30%-ə çatdıra biliblər. İndi mənə elə gəlir ki, düşmənin statistikası ayda 150-170 min civarındadır. Onlar bu tempi qoruyub saxlayacaqlar”.