ABŞ-da məktəbin yaxınlığında atışma olub, yaralananlar var

ABŞ-ın Orora şəhərində (Kolorado ştatı) məktəblərdən birinin yaxınlığında atışma baş verib.

AzerTimes-in məlumatına görə, bu barədə yerli polis idarəsinin “Twitter” hesabındakı paylaşımda deyilir.

Məlumata əsasən, naməlum şəxs yeniyetmələrə atəş açıb, daha sonra isə hadisə yerindən qaçıb.

Bildirilir ki, atışma nəticəsində 14-17 yaş arasında 5 yeniyetmə xəsarət alıb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.