ABŞ-da məktəbdə atışma olub, 3 nəfər həlak olub

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışmada ən azı üç nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı yerli hakimiyyətə istinadən bildirib.

Atışma nəticəsində biri müəllim olmaqla, daha 6 nəfər yaralanıb. Həlak olanların hamısı məktəblilərdir.

Atışmada şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin məktəbin 15 yaşlı şagirdi olduğu ortaya çıxıb. Polis həbs zamanı onun üzərində tapança tapıb.


İlkin məlumatlara görə, atəş açan şəxs təkbaşına hərəkət edib.

Hazırda polis hadisə yerində araşdırma aparır.