ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb

ABş-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransında bildirib.

O qeyd edib: “[Hadisənin] müxtəlif mərhələlərində yaralanan səkkiz nəfərimiz var, onlar üç müxtəlif xəstəxanadadırlar”.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib ki, yaralılardan ikisi hazırda cərrahların köməyini alır, daha altısının vəziyyəti stabil qiymətləndirilir. Ölənlərin sayı dəyişməz olaraq qalır – atışmanın qurbanları 14-17 yaş arası üç yeniyetmədir.