Koronavirus Çinli mədənçidə aşkar edilən infeksiyadan tədricən inkişaf edə bilərdi. Həmim mədənçi 2012-ci ildə xəstəliyə yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə Telegraph qəzeti ABŞ alimlərinə istinadən xəbər verib.
2012-ci ildə Vuhanda mədənçilərində tapılan naməlum virus COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020 -ci ildə Vuhan laboratoriyasından sızmadan sonra virus insanlara yoluxmağa başladı.
ABŞ-ın Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem bildirib ki, virusların bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər:
“Nəzəriyyəmizə əsasən, bənzər bir təkamülün 2012-ci ildə naməlum bir xəstəlikdən sonra mədənçilərin ağciyərlərində baş verib”. Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasına təkamülü altı ay ərzində baş verdi və 9 il sonra nümunələr laboratoriyadan kənara çıxıb.