Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-da ötən həftə koronavirusa yoluxma ilə xəstəxanalara yerləşdirilən uşaqların sayı əvvəlki həftə ilə müqayisədə 48,2 faiz artaraq sutkada orta hesabla 305 nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzlərinin (CDC) hesabatında deyilir.
Qeyd olunur ki, təkcə Nyu-York şəhərində son bir ay ərzində uşaqların xəstəxanalara yerləşdirilməsi beş dəfə, Vaşinqtonda isə iki dəfəyə yaxın artıb.
Mütəxəssislərin fikrincə, bayram tətillərindən sonra bir sıra ştatlarda uşaqların koronavirusa yoluxma ilə xəstəxanalara yerləşdirilməsi göstəricilərinin artması gözlənilir.