Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın bir sıra ştatlarında koronavirusdan ölüm sayı olduğundan az göstərilib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Wall Street Journal” yazıb.
Qeyd olunur ki, ölüm hallarının təkrar sayımı zamanı Ohayo ştatında fevral ayında 4 min yeni hal, İndiana ştatında 1 500 yeni hal müəyyən edilib.
Təkrar sayım həmçinin Virginiya, Minnesota, Rod-Aylend ştatlarında həyata keçirilib.
Qeyd edək ki, Cons Hopkins Universitetinin hesablamalarına əsasən, bu günədək ABŞ-da 29,5 milyona yaxın yoluxma, 534 888 ölüm qeydə alınıb.