ABŞ-da koronavirusa gündəlik yoluxma sayına görə dünya rekordu vurulub

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-da son sutka ərzində 1,13 milyon nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub. Ümumilikdə, bu göstərici hər hansı bir ölkədə qeydə alınmış ən yüksək rəqəm olub.

Eyni zamanda ötən sutkada 135 min nəfər xəstəxanaya yerləşdirilib ki, bu da ölkə üzrə rekord olub.

Bugünədək ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyonu ötüb, 837 mindən çox şəxs vəfat edib.