ABŞ-da “omikron” ştammının yayılması fonunda koronavirus xəstəliyindən gündəlik ölüm hallarının sayı kəskin şəkildə artaraq 18,21 faizə çatıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, yanvarın 1-dən koronavirusa yoluxanlar arasında gündəlik ölüm sayı orta hesabla 1142-dən 1350-yə yüksəlib. Bu rəqəm 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.
Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da ümumilikdə yoluxanların sayı artıq 59,4 milyona çatıb, 836 min nəfər ölüb. ABŞ bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.