ABŞ-da konsert zamanı atışma olub, yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Oreqon ştatında konsert zamanı atışma baş verib.

Trend-in məlumatına görə, insident Yucin şəhərində qeydə alınıb. Atışma nəticəsində azı altı nəfər yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.