ABŞ Kapitoli binasında olanlar təxliyə olunub.
Trend xəbər
verir ki, bu barədə yerli “NBC News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Kapitoli polisi bina kompleksi üçün təhlükə
yarada biləcək təyyarəni izləyir.
Daha sonra polis “Twitter” səhifəsində bildirib ki, hökumət
binası kompleksinə təhlükə yoxdur və təxliyə ehtiyat tədbiri olaraq
həyata keçirilib.