Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın Qida və Dərman Preparatlarına Nəzarət Administrasiyası və İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzi “Johnson&Johnson” şirkətinin koronavirus vaksininin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
AzerTimes-ın məlumatına görə, qurumların yaydığı bəyanatda deyilir ki, vaksinin istifadəsi səmərəlidir və sağlamlıq üçün təhlükəsizdir.
Mütəxəssislər peyvənddən sonra trombozun yaranma ehtimalını “çox aşağı” qiymətləndirib. Vaksinin tətbiqinin davam etdirilməsi tövsiyə edilib.
“Johnson & Johnson” vaksini ABŞ-da 18 yaşdan yuxarı bütün şəxslər üçün nəzərdə tutulur.