ABŞ Qida və Dərmanlar keyfiyyəti məsələləri üzrə İdarəsi (FDA) “Janssen” şirkətinin yeni koronavirusa qarşı peyvəndinin qeydiyyatı barədə müraciətini təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdindən olan həmin qurumun açıqlamasında bildirilib.
Məlumata əsasən, “Janssen” şirkəti “Johnson&Johnson” korporasiyasına məxsusdur.
Bildirilib ki, peyvəndin fövqəladə hallarda istifadəsinin təsdiq edilməsi “Janssen” preparatının ABŞ-da 18 yaş və ya daha yuxarı insanların vaksinasiyası üçün tətbiq edilməsinə imkan verir.