Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-da bir sıra iri aviaşirkətin saytlarının işində qüsurlar yaranıb.
Trend-in məlumatına görə, istifadəçilər “American Airlines”, “Southwest Airlines”, “United Airlines”, “Delta Air Lines” kimi şirkətlərin saytında qüsurlardan şikayət edib.
“Southwest Airlines”ın saytı ilə bağlı mindən çox şikayət qeydə alınıb. Digər şirkətlərin saytlarından təxminən 300-400 istifadəçi narazı qalıb.
Qeyd olunub ki, şikayətlərin 70 faizə yaxını saytın ümumi işləməsi, təxminən 20 faizi uçuşların ləngiməsi, daha 10 faizi isə uçuşlara onlayn qeydiyyat prosesində çətinliklərin olması ilə bağlıdır.