ABŞ-da infrastruktur inkişafına 2,5 trilyon dollar vergi yığılmağı planlaşdırılır

ABŞ prezidenti Cozef Baydenin administrasiyası 15 il ərzində infrastruktur layihələrini maliyyələşdirmək üçün 2,5 trilyon dollar əlavə vergi yığılacağını gözləyir.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Amerika Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilir ki, korporasiyaların gəlir vergisinin 21 faizdən 28 faizə qaldırılması təklif olunur. Bundan əlavə, xaricdə alınan mənfəət vergisinin artırılması və şirkətlərin investorlara hesabat verdiyi mənfəət vergisinin yeni minimumun tətbiqi planlaşdırılır.


Yeni vergi proqramı qüvvəyə minməsi üçün Konqres tərəfindən təsdiqlənməlidir.

Teqlər: